Əl-Kəəbi: İsrail və Amerika özləri üçün cəhənnəmin qapılarını açdılar

Əl-Kəəbi: İsrail və Amerika özləri üçün cəhənnəmin qapılarını açdılar

 İraq İslami müqavimət qruplarından olan Nücəba hərəkatının baş katibi, Həmas siyasi ofisinin rəhbəri İsmayıl Həniyyənin sui-qəsdinə reaksiya olaraq vurğulayıb ki, amerikalılar və sionistlər özləri üçün cəhənnəmin qapılarını açıblar.

Təsnim Xəbər Agentliyinin məlumatına görə, Nücəbə Hərəkatının baş katibi Şeyx Əkrəm Əl-Kəəbi bu gün (31 iyukl) İsmayıl Həniyyənin şəhadətində sionist rejimin terror cinayətini pisləyərək deyib: Bu qorxaq hərəkətlərlə heç vaxt xilas ola bilməyəcəklərinə və Məhərrəm ayında baş verən bu sui-qəsdlərin bizim yolumuza heç vaxt mane olmayacaqlarına, əksinə əzmimizi artıracağına əmin olsunlar.

Şeyx Əl-Kəəbi İsmayıl Haniyənin şəhadəti münasibətilə başsağlığı verərək deyib: Biz İmam Hüseynin (ə) Kərbəla məktəbindən ilham alırıq, şəhadət bizim yolumuzdur və bununla fəxr edirik. Qələbə ancaq Allahdandır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 − 3 =