Əl-Qəssam batalyonları: Minalı sahənin partladılması ilə 15 sionist əsgər öldürülüb

Əl-Qəssam batalyonları: Minalı sahənin partladılması ilə 15 sionist əsgər öldürülüb

Qəssam Briqadaları Qəzzanın Tuffah şəhərinin şərqində minalı sahənin partladılması nəticəsində 15 sionist mühafizəçinin həlak olduğunu açıqlayıb.

Mehr xəbər agentliyinin Əl-Cəzirəyə istinadən verdiyi məlumata görə, Əl-Qəssam batalyonları sionist rejimin xüsusi təyinatlı qüvvələri Qəzzanın Ət-Tuffah qəsəbəsinin şərqindəki “Əl-Xəlil” hərbi mövqeyinə daxil olduqdan sonra, minalı sahəni partladıblar. Bu bölgədə olan sionist əsgərlərdən 15-i öldürülüb.

Əl-Qəssam batalyonları vurğulayıb ki, əməliyyatdan sonra sionist rejimin təcili tibbi yardım maşınları və helikopterləri operativ şəkildə ölü və yaralı əsgərlərin daşınması üçün əməliyyat yerinə gəliblər.

Bundan əlavə, Əl-Qəssam batalyonları Qəzzanın Tuffah qəsəbəsinin şərqində sionist rejimin əsgərləri və silahlarına raket zərbələri endirib.

Əl-Qəssam batalyonunun döyüşçüləri Qəzzə şəhərinin Tuffah qəsəbəsinin binalarından birində məskunlaşan sionist ordusunun gözətçilərini istehkam əleyhinə “TBJ” güllələri ilə hədəfə ala biliblər və bu əsgərlərlə toqquşduqdan sonra onları öldürüb və ya yaralayıblar.

Həmçinin, Qəssam batalyonları son 48 saat ərzində Qəzzə şəhərinin Əd-Dərc və Əd-Tuffah qəsəbələrində sionist rejimin 26 silahını hədəfə almağa nail olduqlarını elan ediblər.

Qüds Briqadaları həmçinin elan edib ki, Əl-Biric düşərgəsinin şərqində irəliləmə oxunda sionist ordusunu buldozerini hədəf alıb.

Sionist rejimin bir tankı və bir “D9” buldozeri də Qəzzə şəhərinin şərqində Ət-Tuffah və Əd-Dərc qabaqcıl oxlarında “Tandum” və “RPQ” güllələri ilə Qüds batalyonlarının döyüşçüləri tərəfindən hədəfə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 3 =