Əl-Qəssam: Biz 36 İsrail əsgərini öldürdük

Əl-Qəssam: Biz 36 İsrail əsgərini öldürdük

Əl-Qəssam Briqadalarının sözçüsü sionist rejimə aid 72 hərbi maşının məhv edilməsinə toxunaraq, Qəzzada bu rejimin 36 əsgərinin də öldürüldüyünü bildirib.

 HƏMAS-ın hərbi qolu olan Əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə bəyan edib ki, onlar son üç gündə sionist rejimə aid 72 hərbi maşını məhv etməyə nail olublar.

O, 36 sionist əsgərin öldürülməsi və onlarla əsgərin yaralanmasına toxunaraq deyib: Əl-Qəssam qüvvələri sionistlərin səhra komandanlıq qərargahını hədəfə alıb və onların hərbi toplanma mövqelərini qısa mənzilli raket və minaatanlarla məhv ediblər.

Əl-Qəssam qüvvələri həmçinin, bir saat əvvəl elan edib ki, bu gün Qəzza şəhərinin Əş-Şucaiyyə məhəlləsində bir qrup sionist əsgəri partlayıcı maddələrlə hədəfə alıblar.

Əl-Qəssam qüvvələri bu əməliyyat zamanı düşmənin ən azı 10 zabit və əsgərinin öldürüldüyünü bildirir. Sionist rejim ordusu Qəzzə zolağına qurudan hücumun başlanğıcından indiyədək 648 sionist əsgərin yaralandığını, onlardan 146-nın kritik vəziyyətdə olduğunu bildirir.

Bu gün Kataibəl-Qəssam həmçinin Qəzzanın şərqindəki Əz-Zeytun məhəlləsində İsrailə məxsus Merkava tankının İlyasin 105 raketi ilə hədəfə alındığını və onun məhv edildiyini açıqlayıb.

HƏMAS-ın hərbi qolu başqa bir bəyanatda Qəzza şəhərinin qərbində İlyasin 105 zirehli raketi ilə Əş-Şeyx Rəzvan bölgəsində 4 Merkava tankı və 4 İsrail transportyorunu məhv etdiyini açıqlayıb.

Bu arada sionist ordu dünən iddia edib: Qolani briqadası bir neçə gün əvvəldən Qəzzə şəhərinin şərqindəki Şucayyədə şiddətli döyüşlər aparır. Şücayədə döyüş çox mürəkkəbdir. Səbəb şəhər infrastrukturu və geniş tunellər şəbəkəsidir.

Dünən bir neçə israilli zabit də daxil olmaqla, 10 əsgərinin öldüyünü etiraf edən İsrail ordusu itkilərin sayını açıqlamamaq siyasətini qəbul etməsinə baxmayaraq, bu gün ehtiyatda olan mayor “Elişa Lunsternin” (38 yaşında) ölümünü də təsdiqləyib. Onun Qəzza zolağının cənubunda və 8104 saylı zirehli briqadada xidmət etdiyini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven − 4 =