Əl Qəssam briqadası: Müqavimət torpaqlarından son sionisti qovmayana qədər mübarizəni davam etdirəcək
Əl Qəssam briqadalarının mətbuat katibi sionist rejimlə müharibənin 5-ci ayına daxil olduğuna işarə edərək deyib: Əl Əqsa Tufanı zülmü məhv edərək Əl Əqsa məscidinə təcavüz edən son sionisti torpaqlarından qovmayana qədər sakitləşməyəcək.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Əbu Übeydə bu gün (16 fevral) çıxış edərək deyib: Bu gün müharibənin 5-ci ayı olmasına baxmayaraq, düşmən cinayətləri qarşıslnda gücdən düşmüş xalq məğlub olmayacaq.
Əbu Übeydə daha sonra Əl Əqsa Tufanının region barədə proqnozları dəyişdirdiyini, müasir tarixdə ən uzun ömrü olan işğalçı dövrlərdən birini bitirdiyini qeyd edərək deyib: Döyüşçülərimiz düşmən tələfatına səbəb olan və tarixdə misli görünməmiş ağır zərbələr endirməkdədir. Bizim yayımladığımız xəbərlər və videolar döyüşçülərimin düşmənə vurduğu zərbələrin cüzi hissəsidir.