Əl-Qəssam sözçüsü: Biz 2 amerikalı əsiri azad etdik

Əl-Qəssam sözçüsü: Biz 2 amerikalı əsiri azad etdik

Əl-Qəssam Briqadaları sözçüsü, Amerika Prezidentinin yalan danışdığını göstərmək üçün humanitar məsələlərə görə bir amerikalı ana və uşağını sərbəst buraxdıqlarını açıqlayıb.

HƏMAS hərəkatının hərbi qolu olan Əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə bu cümə axşamı iki amerikalı qadın əsiri azad etdiyini açıqlayıb.

Əl-Cəzirə xəbər kanalı Əbu Ubeydənin bu iki şəxsin ana və qız olduğunu ifadə edərək, bu şəxslərin azadlığa buraxılması ilə Amerika millətinə və dünyaya Bayden və onun faşist hökumətinin iddialarının yalan olduğunu sübut etdiklərini bildirib.

O, həmçinin bu iki şəxsin azad edilməsinin Qətərin vasitəçilik səylərinə cavab olaraq edildiyini açıqlayıb.

Bu həftənin bazar ertəsi Əl-Qəssam sözçüsü 250 israilli əsirin müqavimət qüvvələrinin yanında olduğunu və bu şəxslərdən 200-nün Əl-Qəssam əsiri olduğunu açıqlayıb.

Əbu Ubeydə indiyədək sionistlərin Qəzzaya hücumlarında 22 israilli əsirin həlak olmasına toxunaraq deyib: Bizdə hələ də kimliyindən əmin olmadığımız əcnəbi əsirlər var. Əgər şərait yaranarsa, əcnəbi əsirləri azad edəcəyik.

O, həmçinin sionist rejimə xəbərdarlıq edib: Qəzza təcavüzkarlar üçün qəbiristanlıq olacaq və Qəzzanın torpağı düşmənlərini udacaq. Onların Qəzzaya gəlişi cinayətlərinə görə cavab verməsi üçün yeni bir fürsət olacaq.

Sionist ordu həmçinin HƏMAS müqavimət qüvvələrinin 200 nəfəri əsir götürdüyünü bildirib. Bundan əvvəl işğalçı rejim ordusu HƏMAS-ın 155 nəfəri əsir götürdüyünü iddia etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 + 8 =