Əl Qəssam sözçüsü: Düşmən tezliklə Qəzzanın şimalından rüsvayçılıqla geri çəkiləcək
HƏMAS-ın hərbi qanadı olan Qəssam Briqadalarının sözçüsü düşmən sionistin ağır itkilərdən sonra tezliklə Qəzzanın şimalından rüsvayçılıqla geri çəkiləcəyini deyib.
Sizinyolun xarici medialara istinadən verdiyi məlumata əsasən, Həmasın hərbi qanadı olan Əl Qəssam Briqadalarının sözçüsü Əbu Übeydə bu gün (13 yanvar) deyib: Düşmən ordusunun Qəzza zolağının şimalında kütləvi dağıntı və soyqırım əməliyyatına başlamasından 100 gündən çox vaxt keçdikdən sonra döyüşçülərimiz hərbi əməliyyatlara davam edərək düşmənə ağır itkilər gətirən güclü zərbələr endirirlər.
Əbu Übeydə son 72 saat ərzində onlar düşmən sıralarında 10-dan çox ölü və onlarla yaralı olduğunu vurğulayaraq deyib: İşğalçı orduya verilən itkilər onların elan etdiklərindən qat-qat çoxdur. Sionistlər müqavimətin gücünü qıra bilməyəcək və tezliklə Qəzzanın şimalından rüzvayçılıqla geri çəkiləcək. Onların indiyə qədər əldə etdikləri yeganə nailiyyət dağıntılar və günahsız insanların ölümü olub.