Əl-Qəssam sözçüsü: Netanyahunun iqamətgahına hücum mesaj idi
“Şəhid İzzəddin Əl-Qəssam” Batalyonlarının hərbi sözçüsü bəyanatla çıxış edərək Livan Hizbullah Hərəkatının pilotsuz təyyarəsinin sionist rejimin baş nazirinin iqamətgahına hücumunu təbrik edib, bunun sionist rejim başçılarının ədalətli cəzadan xilas ola bilməyəcəyi mövzusunda mesajın daşıyıcısı olduğunu bildirib.
HƏMAS-ın hərbi qolu olan Şəhid İzzəddin Əl-Qəssam Batalyonlarının sözçüsü Əbu Ubeydə bununla bağlı bildirib: “Hizbullahın müharibə cinayətkarı Netanyahunun iqamətgahını hədəf alan xüsusi əməliyyatını təbrik edirik.”
Əbu Ubeydə əlavə edib: “Bu əməliyyat işğalçı rejimin cinayətkar başçılarına mesaj daşıyırdı. O mesaj bu idi ki, kor beynəlxalq ədalətdən qaça bilsələr də, azad millətin ədalətli cəzasından və ümmətin müqavimətindən qaça bilməzlər.”
Əl-Qəssam sözçüsü vurğulayıb: “Bu əməliyyat işğalçılara elan etdi ki, müqavimət başçılarının və sərkərdələrinin şəhadəti onu zəiflətməyəcək, əksinə döyüşçülərinin düşmənə zərər vermək üçün şiddət və əzmini artıracaq.”