Elazığda Roma dövrünə aid 1800 illik qalıqlar tapıldı

Elazığda Roma dövrünə aid 1800 illik qalıqlar tapıldı

Türkiyənin Elazığ vilayətinin Ağın rayonunun Balkayası kəndi yaxınlığındakı bir vadidə Roma dövrünə aid 1800 illik qalıqlar tapılıb.

Publika.az xəbər verir ki, bölgədə araşdırma işləri başladılıb. Tədqiqatçılar şərqdən qərbə qədər təxminən dörd kilometr uzunluğunda olan bu vadinin bu günə qədər ədəbiyyata daxil edilmədiyini müəyyənləşdiriblər. Bildirilib ki, burada, eyni zamanda, erkən xristianlıq dövründə tez-tez istifadə olunan, daha çox ölülərin dəfn edilməsinə xidmət göstərən, xristianların gizli ibadət etdikləri “katakombalar”, eləcə də qaya döşəməsinə oyulmuş taxıl anbarları kimi fərqli tapıntılar da var.

Eyni ərazinin Fərat çayı da daxil olmaqla Paleolit dövründən başlayaraq tarix boyu bir çox sivilizasiyaya ev sahibliyi etdiyi, burada eramızdan əvvəl 6000-ci ilə aid yaşayış məskəninin izlərinin ortaya çıxarıldığı bildirilir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − 3 =