Elektrik tullantılarını qızıla çevirmək asanlaşdı

Elektrik tullantılarını qızıla çevirmək asanlaşdı

Sinqapur, Böyük Britaniya və Çindən olan beynəlxalq alimlər qrupu qrafen oksidindən və təbii biopolimer xitozandan hazırlanmış bir növ süngər hazırlayıblar ki, bu da köhnə elektronikadan qızıl çıxarmaq üçün istifadə edilə bilər.

Tədqiqat “Proceedings of the National Academy of Sciences” (PNAS) elmi jurnalında dərc olunub.

Elektron avadanlıqlarında əhəmiyyətli miqdarda qızıl, gümüş və digər qiymətli metallar var. Bununla belə, onların çıxarılması zəhərli kimyəvi maddələrin istifadəsini tələb edən mürəkkəb bir proses olaraq qalır.

Yeni araşdırmada komanda əvvəllər qızılı təcrid etmək üçün istifadə edilmiş təhlükəsiz materialları seçib. Qrafen ionları udmaq qabiliyyətinə malikdir və xərçəngkimilərin qabıqlarının bir hissəsi olan xitosan qızıl ionlarını bərk formaya çevirmək üçün reduksiyaedici kimi xidmət edir.

Alimlər qrafen oksidi və xitosanı kompozitə çevirərək, xitosanın ikiölçülü qrafen lopaları üzərində öz-özünə yığılmasına imkan yaradıblar. Proses materialda qızıl ionlarına bağlana bilən sahələrin əmələ gəlməsi ilə nəticələnib. Qızıl ionları qrafen tərəfindən udulduqdan sonra, xitosan onları bərk qızıl vəziyyətinə çevirir.

Komanda təkrar emal şirkəti tərəfindən təqdim edilən həqiqi elektron tullantılardan istifadə edərək süngərini sınaqdan keçirib.

Tədqiqatçıların sözlərinə görə, süngər hər hansı digər məlum hasilat metodundan təxminən 10 dəfə çox qızıl toplayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 5 =