Elektron siqaretlərlə bağlı əhaliyə XƏBƏRDARLIQ edildi – VİDEO

Elektron siqaretlərlə bağlı əhaliyə XƏBƏRDARLIQ edildi – VİDEO

Publika.az-ın xəbərinə görə, qurumdan bildirilib ki, elektron siqaretlər insanlara siqareti atmağa kömək etmir və digər tütün məhsulları kimi sağlamlığa zərərlidir.

Qonşu ölkənin Milli Epidemiologiya və Əhali Sağlamlığı Mərkəzinin apardığı araşdırmaların nəticələrini də açıqlayıb.

Bildirilib ki, elektron siqaret çəkmək ağciyərlərin zədələnməsi, ürək-damar xəstəlikləri, xərçəng və digər xəstəliklərin riskini artırır:

“Elektron siqaretdən istifadə xüsusilə yeniyetmələr arasında bağıllıq yaradır. Bir çox hallarda yeni tütün məmulatının istifadəçisi eyni vaxtda siqaret çəkir ki, bu da sağlamlıq üçün ikiqat təhlükə yaradır. Elektron siqaret istifadəçiləri ənənəvi tütün istifadəçilərindən üç dəfə çox çəkirlər”.

Mərkəzdən bildirilib ki, “öz sağlamlığınızın və ətrafınızdakıların qayğısına qalın, heç bir tütün məmulatına yox deyin”, – məlumatda ayrıca bildirilib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 + twenty =