Əli Baqiri Kəni Səudiyyə Ərəbistanına İsrail haqda xəbərdarlıq etdi

Əli Baqiri Kəni Səudiyyə Ərəbistanına İsrail haqda xəbərdarlıq etdi

İranın xarici işlər naziri vəzifəsinin icraçısı sionist rejimin Qəzzədəki məğlubiyyəti kompensasiya etmək məqsədi ilə törətdiyi müharibə və cinayətləri digər bölgələrə də genişləndirmək cəhdi ilə bağlı xəbərdarlıq edib.

Əli Baqiri Kəni Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl Bin Fərhan ilə telefon danışığında sionist rejimin Livana qarşı təhdidlərinin bu rejimin Qəzzə xalqına qarşı cinayətlərinin davamı olduğunu diqqətə çatdırıb.

“İslam ölkələrinin Qəzzə və digər bölgələrdə sionistlərin cinayət və təhdidləri və eləcə də davam etdirdikləri təcavüzlərini tez bir zamanda dayandırmaq üçün bütün imkanlarından istifadə etmələri lazımdır”-Baqiri deyib.

O, Beytul-Həramda iranlı zəvvarlara yaradılmış əlverişli imkanlar və xidmətləri yüksək qiymətləndirməklə yanaşı, Tehran-Ər-Riyad əməkdaşlığının gedişatını ümidverici olduğunu bildirib.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl Bin Fərhan da bu danışıqda sionist rejim ilə Livan arasında gərginliyin artması ilə bağlı narahatlığını bildirərək müharibənin miqyasının genişləndirilməməsi üçün səy göstərməyə çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine + eleven =