Əlirza Məhmədi Yunan-Roma güləşi üzrə qızıl medal qazanıb

Albaniyada keçirilən Dünya Reytinq yarışlarının Yunan-Roma güləşi üzrə 87 kq çəki dərəcəsində yarışan Əlirza Məhmədi çempion olub.
87 kq çəkidə yarışlara qatılan Əlirza Məhmədi ilk dövrədə istirahətdən sonra ikinci dövrədə dünya bürünc medalına sahib macarıstanlı Tamaş Levanı 8-0 hesabı ilə məğlub edərək, dörddə bir final mərhələsinə yollanıb.
O, bu mərhələdə Bolqarıstandan olan Olimpiya çempionu Seman Novikov üzərində 5-0 hesablı qələbə qazanıb və yarım finala çıxıb.
Məhmədi yarım final mərhələsində 23 yaşdan aşağılar arasında dünya və böyüklər arasında Avropa qızıl medalına sahib Aleksandr Komarova 5-1 hesabı ilə qalib gəlməklə finala vəsiqə qazanıb. Macarıstanlı dünya çempionu David Lesonzi zədəli olduğundan Məhmədi qızıl medal qazanıb.