“Elm” azğın ideologiya ilə mübarizədə İmam Rzanın (ə) silahı idi

“Elm” azğın ideologiya ilə mübarizədə İmam Rzanın (ə) silahı idi

Cəhalət və şəkk-şübhələrin yayılması dövründə 8-ci imam İslamın zəngin təlimlərinin nəşri üçün geniş şəbəkə yaratmış, elm silahı ilə azğın fikirlərlə mübarizəyə qalxmış, İslam təlimlərinin həqiqətini və gerçəkliyini dəlillərlə nəql etmişdir.

Allah Rəsulunun (s) pak nəslindən olan Həzrət Əli bin Musər-Rza (ə) şiələrin səkkizinci imamı və İslam Peyğəmbərinin (s) səkkizinci canişinidir. 35 yaşında imamət və şiələrin rəhbərliyini öz üzərinə götürdü.

Şiələrin 8-ci imamının həyatı İmam Rzanı (ə) çoxlu məşəqqət və əzablara məruz qoyan Abbasi xəlifələrinin xilafəti dövrünə təsadüf edir və nəhayət, Məmun Abbasi onu 55 yaşında şəhid etdi.

8-ci imamın məşhur ləqəblərindən biri də “Alimul-Məhəmməd”dir. Bu ləqəb Həzrət Əli bin Musər-Rzanın (ə) elm və biliyinin dərinliyinə dəlalət edir. İmam Rza (ə) öz dövrünün böyük alimləri, xüsusən də müxtəlif dinlərin alimləri ilə elmi münarizələr keçirmişdir.

İmam Rza (ə) İslam dünyasının elmi nümunəsidir

İmam Rza (ə) elmi cəhətdən nüfuzlu idi və İslam dininə yönəlmiş problemlərin həllində və şübhələrin aradan qaldırılmasında çox səy göstərmiş və azğın fikirlərlə mübarizədə elm silahından istifadə etdiyi üçün hamının diqqətini cəlb etmişdi.

İmam Rza (ə) ateist məktəblərin davamçıları və Əhli-beyt (ə) məktəbindən başqa, qeyri-islami ilahiyyat məktəbləri və islami məzhəblərin rəhbərləri ilə çoxlu elmi mübahisələr apardı ki, onları öz baxışlarının batil olduğunu bildirsin. Beləliklə, onları vəhy məktəbinə və Məhəmmədə (s) mənsub xalis İslama yönəltdi.

O, çoxlu tələbələr yetişdirmiş və İslamın zəngin təlimlərini yaymaq üçün geniş şəbəkə yaratmışdı, onun mövqeyi o qədər möhkəmlənmişdi ki, o zamankı hökmdarlar camaatın qəzəbinə düçar olmamaq üçün İmama bağlılıqlarını bildirməyə çalışırdılar.

Xalqın daha çox maariflənməsi üçün vəliəhdliyin qəbulluğu

Bəni-Abbas elmi məclislər təşkil edərək, din və məktəb ardıcıllarını, hətta heç bir şeyə inanmayan kəndliləri dəvət etməklə İmam Rzanın (ə) elmi simasını məhv etməyə, həzrətin elmi mövqeyini şübhə altına almağa çalışırdı.

Dəfələrlə Məmun öz sarayında mübahisə məclisi keçirdi və müxtəlif dinlərin görkəmli alimlərini bir araya toplayıb onların müzakirəsinə çıxardı. Bütün bu məclislərdə İmam Rza (ə) açıq-aşkar və qətiyyətlə bütün iştirak edənlərə qalib gəldi və onların hər biri ilə öz kitabları əsasında mübahisə etdi.

İmam Rzanın (ə) fəlsəfi və kəlami mübahisələrini tənzimləyən tərbiyə prinsipləri rasionallığa, məntiqi təfəkkürə, azad düşüncəyə, elmi təcrübəyə, müasir elmlərə yiyələnməyə, auditoriyanın dil və ləhcəsinə yiyələnməyə, mötəbər mənbələrə istinad etməyə, uyğunluğa əsaslanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 3 =