Elmi inqilab: Depressiyanı 15 dəqiqəyə müalicə edən üsul

Elmi inqilab: Depressiyanı 15 dəqiqəyə müalicə edən üsul

Publika.az “Daily Mail” qəzetinə istinadla xəbər verir ki, “Inner Cosmos” şirkəti depressiyanı müalicə etdiyini iddia etdiyi beyin implantının ilk insan sınaqlarını həyata keçirib.

Sözügedən cihaz iki hissədən ibarətdir: Dərinin altında yerləşdirilən elektrod və cihazı gücləndirmək üçün istifadəçinin saçına yapışdırılan kapsul. Kapsul depressiyadan təsirlənən beyin sahəsinə kiçik elektrik impulsları göndərən sikkə ölçülü implantı gücləndirir.

Şirkət müalicənin gündə cəmi 15 dəqiqə olduğunu iddia edir. Gələn ay cihazın ikinci xəstədə sınaqdan keçirilməsi planlaşdırılır.

Bu yaxınlarda Maskın beyin çipi layihəsi “Neuralink” bir meymun üzərində sınaqdan keçirilib. Peycer adlı 9 yaşlı meymun sınaq çərçivəsində düşüncə gücü ilə video oyunu oynamağı bacarıb.

Mask gələcəkdə iflic olan xəstələrin beyin çipi sayəsində əzələlərini hərəkət etdirə və düşüncə gücü ilə yeriyə biləcəklərini bildirir. Milyarder dəfələrlə qeyd edib ki, sözügedən texnologiya ilə Alzheimer və Parkinson kimi xəstəliklər də müalicə edilə bilər.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen + 14 =