Əmir Abdullahiyan: Aparteid rejiminin bəşər irsinə hücumu terror qruplarının hücumuna bənzəyir
İran Xarici İşlər naziri sionist rejimin Qəzzada kilsəyə son hücumuna münasibət bildirib.
İRNA-nın məlumatına görə, Hüseyn Əmir Abdullahiyan sionist aparteid rejiminin Qəzzada tarixi kilsəni bombalaması ilə bağlı internet məkanında mesaj dərc edib.
Həmin mesajında vurğulamyıb: Qəzzada qadınların və uşaqların sığındıqları Sent Porfirius tarixi kilsəsinin bombalanması işğalçı aparteid rejiminin yeni cinayətidir. Bu mənfur rejimin təcavüzkarlıq, ilahi dinlərə hörmətsizlik və bəşər tarixi-mədəni irsinə hücumda amansız davranışı bədəvi və İŞİD terror qruplaşmalarının davranışına bənzəyir.