Əmir Abdullahian Beynəlxalq Qızıl Xaç Komitəsinin rəhbəri ilə görüşüb

İranın xarici işlər naziri Beynəlxalq Qızıl Xaç Komitəsinin rəhbəri ilə görüşüb və müzakirələr aparıb.
İRNA-nın Cenevrə müxbirinin verdiyi məlumata görə, Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasının 55-ci iclasında iştirak etmək üçün İsveçrənin Cenevrə şəhərinə səfər edən xarici işlər naziri Hüseyn Əmir Abdullahian Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Mirjana Spolyariç ilə görüşüb və onunla söhbət edib.