Əmir Abdullahian: “Fələstin İslam dünyasının ən öncül və əhəmiyyətli məsələsidir”
İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian müqəddəs Ramazan ayının gəlişi münasibəti ilə ünvanladığı təbrik məktubunda Fələstin məsələsini İslam dünyasının ən vacib məsələ olduğunu bildirib.
Hüseyn Əmir Abdullahian təbrik mesajında bildirib ki, Qəzzədə baş verən hadisələr bir daha göstərdi ki, Fələstin məsələsi müsəlmanların ortaq mövzusu və eləcə də İslam dünyasının ən mühüm məsələsi sırasında yer alıb.
“”Mübarək Ramazan ayı İslam ölkələri üçün imtiyazlı bir fürsət olmaqla yanaşı çoxyönümlü bağlılıq və qarşılıqlı sıx əlaqlər müstəvisində Qəzzədə sionist aparteid rejiminin apardığı soyqırımı və hərbi cinayətlərinin dayandırılması üçün təsirli təşəbbüs göstərə bilər”- təbrik məktubunda bildirilir.
İran XİN başçısının təbrik müraciətində son olaraq qeyd edilib ki, sözsüz ki, müqavimət cəbhəsi və Fələstin xalqı bu mübarizə meydanının əsas qalibləridir.
Qeyd edək ki, İranda, bu gün mart ayının 12-si çərşənbə axşamı müqəddəs Ramazan ayının ilk günüdür.
Səudiyyə Ərəbistanı, Qətər, Suriya, Birləşmiş Ərəb Əmirlikləri, Əfqanıstan, Bosniya və Herseqovina ölkələri, İraq və Livan sünniləri bazar ertəsi günü, İndoneziya, Malayziya, Avstraliya, Bruney, Sinqapur, İraq və Livan şiələri isə çərşənbə axşamını Ramazan ayının ilk günü elan ediblər.