Əmir-Abdullahian: Qəzzaya və İordan çayının qərb sahilinə hücumların daimi dayandırılması beynəlxalq konsensus məsələsidir

Əmir-Abdullahian: Qəzzaya və İordan çayının qərb sahilinə hücumların daimi dayandırılması beynəlxalq konsensus məsələsidir

İran İslam Respublikasının xarici işlər naziri İsveçrənin xarici işlər naziri İqnasio Kassisin telefon zənginə cavab verərək Fələstində baş verən hadisələr və ikitərəfli münasibətlərlə bağlı onunla danışıb və fikir mübadiləsi aparıb.

Hüseyn Əmir-Abdullahian bu telefon danışığında çərşənbə günü ölkələrin xarici işlər nazirləri səviyyəsində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının iclasının keçiriləcəyinə toxunaraq vurğulayıb: Qəzza və İordan çayının qərb sahilinə qarşı hücumların daimi dayandırılması (davamlı atəşkəsə nail olmaq üçün), insan blokadasının aradan qaldırılması, dərman, qida, yanacaq daxil olmaqla humanitar yardımın göndərilməsi, Qəzza və İordan çayının qərb sahili sakinlərinin məcburi miqrasiyasının qarşısının alınması prioritetlər arasındadır və bu məqsədlərə nail olmaq da beynəlxalq konsensus tabedir.

Bu telefon danışığında İsveçrənin Xarici İşlər Naziri də Fələstində və işğal olunmuş ərazilərdə mövcud vəziyyətdən narahatlığını ifadə edərək, əsirlərin azad edilməsini, mülki şəxslərin himayə olunmasını, humanitar yardımların göndərilməsini və münaqişələrin genişlənməsinin qarşısının alınmasını vacib hesab edib.

Həmçinin, iki ölkə arasında əlaqələrin inkişafının vacibliyini vurğulayan tərəflər, ikitərəfli, regional və beynəlxalq əməkdaşlığın ölçülərini artırmaq məqsədi ilə xarici işlər nazirlərinin təkbətək görüşünü vurğuladılar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten − 8 =