Əmir Abdullahiyan Seyid Həsən Nəsrullahla görüşdü

Əmir Abdullahiyan Seyid Həsən Nəsrullahla görüşdü

Beyrutda səfərdə olan İran Xarici İşlər naziri Livan Hizbullah Müqavimət Hərəkatının Baş katibi ilə görüşüb.

İRNA-nın ezam edilmiş müxbirinin verdiyi məlumata görə, Beyrutda səfərdə olan İran Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan Livan Hizbullah Müqavimət Hərəkatının Baş katibi Seyid Həsən Nəsrullah ilə görüşüb və müzakirələr aparıb.

Bu xəbərə görə, ölkəmizin Xarici İşlər naziri Beyruta çatdıqdan sonra jurnalistlərə bildirib: “Biz Beyrutdayıq ki, İslam ölkələri və hökumətləri ilə birlikdə sionist rejimin Qəzza əhalisinə qarşı cinayətinə dözməyəcəyimizi yüksək səslə elan edək.”

O, əlavə edib: “On minlərlə fələstinlinin didərgin salınması, su, elektrik, qida və dərmanların kəsilməsi sionist rejimin mütəşəkkil müharibə cinayətidir. Bu müharibə cinayətinin davamı digər bölgələrdə də reaksiyalarla üzləşəcək və bunun üçün sionist rejim və onun havadarları cavabdeh olacaqlar.”

Əmir Abdullahiyan deyib: “İraq rəsmiləri ilə görüşümüzdən sonra, sabah Livan rəsmiləri ilə Qəzzada mövcud vəziyyət, sionist rejimin hərbi cinayətləri və İslam dünyasında lazım olan tədbirlər barədə müzakirələr aparacağıq. İran müqaviməti güclü şəkildə dəstəkləməyə davam edəcək. Bəzi qərb rəsmiləri məndən sionist rejimə qarşı yeni cəbhələr açılacağı barədə soruşdular. Dedim ki, sionistlərin müharibə cinayətlərinin davam etdiyi bir şəraitdə digər müqavimət cərəyanları tərəfindən istənilən ehtimal mümkündür.”

Ölkəmizin Xarici İşlər naziri sonda dedi: “İran Prezidenti cənab Rəisi region ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı ilə intensiv danışıqlar aparıb. Bu danışıqlar Fələstinə dəstək strategiyası çərçivəsində davam etdiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × one =