Əmir Abdullahiyan: Uşaq qətli sionist rejimin aparıcı xüsusiyyətidir

Əmir Abdullahiyan: Uşaq qətli sionist rejimin aparıcı xüsusiyyətidir

İran İslam Respublikasının Xarici İşlər naziri fələstinli uşaq “Məhəmməd Əd-Dərə”nin şəhadətinin ildönümünə və sionistlərin fələstinli uşaqlara qarşı törətdiyi cinayətlərə toxunaraq deyib: Uşaq qətliamı sionistlərin əsas əlamətidir.”

 Bu il 2000-ci ildə atası ilə birlikdə Qəzzada sionistlər tərəfindən şəhid edilən fələstinli uşaq “Məhəmməd Əd-Dərə”nin şəhadətinin 23-cü ildönümüdür.

Bununla bağlı Xarici İşlər Naziri Hüseynn Əmir Abdullahiyan X sosial şəbəkəsində paylaşım edib:

Günahsız fələstinli uşaq Məhəmməd Əd-Dərənin zalımcasına şəhadətindən 23 il ötür və 23 ildir ki, fələstinli analar onun müqavimət hekayəsini hər gecə uşaqlarının qulağına pıçıldayırlar.

O, 2023-cü ilin əvvəlindən 40 fələstinli uşağın aparteid və saxta sionist rejimi tərəfindən şəhid edildiyini bildirərək, körpələrin öldürülməsinin bu rejimin əlamətdar xüsusiyyəti olduğunu qeyd edib.

Uşaqların Müdafiəsi Proqramının açıqladığı statistikaya əsasən, sionist rejim 2023-cü ildə İordan çayının qərb sahilində 31, Qəzza zolağında isə 6 uşağı qətlə yetirib.

Ümumdünya Human Rights Watch təşkilatı da bu ilin sentyabr ayında açıqladığı hesabatda bəyan edib: Keçən il fələstinli uşaqlar üçün son 15 ildə ən qanlı il olub və bu il də fələstinli uşaqların öldürülməsi eyni sürətlə baş verir. 2023-cü ilin əvvəlindən avqustun 22-dək 34 fələstinli uşaq sionist əsgərlər tərəfindən şəhid edilib.

Mayın 17-də İsrail qüvvələri İordan çayının qərb sahilinin cənubunda 66 fələstinli oğlan və qızın təhsil aldığı 6 sinifli ibtidai məktəbi dağıdıb.

Sionist əsgərlərin Ramullahın şimalında yerləşən Ən-Nəbi Saleh qəsəbəsini atəşə tutması nəticəsində üç yaşlı fələstinli uşaq “Məhəmməd Ət-Təmimi də yaralanıb və şəhid olub. Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani iyunun 16-da deyib:

Üç yaşlı uşaq Məhammad Heysəm Ət-Təmimi bu il uşaq qatili İsrail rejiminin əli ilə ölən 28-ci günahsız fələstinli uşaqdır.

Bu gündəlik cinayətlərin davam etməsində rejim tərəfdarları dəstəkləyici roluna görə hüquqi və beynəlxalq baxımdan məsuliyyət daşıyırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 5 =