Ən böyük Super Ay İstanbulda belə göründü

Ən böyük Super Ay İstanbulda belə göründü

Avqustun 30-dan 31-nə keçən gecə 2023-cü ilin ikinci Super Ay hadisəsi müşahidə olunub.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, normal ölçüsündən daha böyük və parlaq görünən bədirlənmiş ay İstanbulda da maraqlı görüntülərə səbəb olub.

Qeyd edək ki, super Ay insanların sağlamlığına təsir göstərmir və daşqınlar, zəlzələlər, vulkan püskürmələri və sunamilər kimi təbiət hadisələrinə səbəb olmur. Onlar yalnız adi Tam Aydakı qabarmalardan bir neçə santimetr yüksək qabarmalara səbəb olur. Super Tam (Dolu) Ay adi Tam Aydan bir qədər böyük və parlaq göründüyünə üçün insanları gecə səmasını öyrənməyə ruhlandırır və astronomiyanı daha da maraqlı edir.

BAKU.WS

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × four =