Enerji transformasiyasına qlobal investisiya qoyuluşu yarım trln dolları keçib
2020-ci ildə dünyada enerji transformasiyasına 501 milyard dollar investisiya qoyulub.
Bu barədə Dünya İqtisadi Forumunun “Effektiv Enerjiyə Keçidin Təşviqi 2021” adlı hesabatında bildirilir.
Sənəd əsasən, 2011-ci ildən bəri bu rəqəm 67% artıb.
“BMT-nin müəyyən etdiyi Davamlı İnkişaf Məqsədlərinə, eləcə də Paris Sazişinin hədəflərinə çatmaq üçün enerji transformasiyasına investisiyaların artırılması vacibdir”, – deyə məlumatda qeyd olunub.
Trend