Ənsarullah: Amerika cəhənnəmin qapılarını özü üçün açır

Ənsarullah: Amerika cəhənnəmin qapılarını özü üçün açır

Yəmənin Ənsarullah hərəkatının yüksək rütbəli üzvü Amerika Yəmənlə gərginliyi artıraraq cəhənnəmin qapılarını öz üzünə açdığını deyib.

İRNA-nın verdiyi məlumata görə, Əbdül Rəhman Əl-Əhnumi bu gün (16 dekabr) X sosial media hesabında ​​yazıb: ABŞ Qəzza zolağına verdiyi dəstəklərə görə Yəmən xalqına qarşı müharibə üçün muzdlu əsgərləri sıraya düzüb. Amma hər hansı bir gərginliyin artması cəhənnəmin qapılarını Amerikanın, onun maraqlarının, neftin və bölgədəki muzdluların varlığına açacaq.

Bu xüsusda Yəmən Radio və Televiziya Təşkilatının sədri deyib: Biz ABŞ-ın nə mənafeyini və nə bazalarını hədəfə alırıqsa, hətta Afrika və Fars körfəzində də olsa, hədəfə alacağıq. Yəmən çoxdandır ki, bunun üçün lazımi imkanları hazırlayıb.

Əl-Əhnumi əlavə edib: Amerika Yəmənlə müharibəyə girməklə İsrail məqsədli gəmilərin Yəmən üçün hədəfə çevirdiyi bir vaxtda ağır bədəl ödədiyi kimi, gərginliyin artması halında bundan qat-qat artıq ödəyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 2 =