Ənsarullah: İndiyə qədər İsraillə əlaqəli 86 gəmiyə hücum etmişik

Ənsarullah: İndiyə qədər İsraillə əlaqəli 86 gəmiyə hücum etmişik

Ənsarullah hərəkatının siyasi ofisinin üzvü bildirib ki, İsrail Qəzzada müharibə başlayandan bəri Qırmızı dəniz, Ərəbistan dənizi və Hind okeanı sularında bu rejimə aid 86 gəmiyə hücum edib.

Ənsarullah hərəkatının siyasi ofisinin üzvü deyir ki, İsrailin 2023-cü ilin oktyabrında Qəzzaya hücumundan sonra Yəmən silahlı qüvvələri Qırmızı dəniz, Ərəbistan dənizi və Hind okeanında 86 gəmiyə hücum edib.

Məhəmməd Əl-Husi Yəmənin əl-Məsirə kanalı tərəfindən yayımlanan çıxışında indiyədək 86 gəminin hücuma məruz qaldığını bildirib.

O, əlavə edib: Yəmən silahlı qüvvələri Fələstin müqavimətini effektiv və fəal şəkildə dəstəkləməyə davam edəcək.

Məhəmməd əl-Husi həmçinin bildirib ki, Yəmən silahlı qüvvələri İsrailin cənubundakı İlat limanında bir neçə hədəfə hücum edib.

Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra Yəmən qüvvələri İsrailə hücum edəcəkləri barədə xəbərdarlıq edib və İsrailin Qəzza zolağında hərbi əməliyyatları davam edənə qədər sionist rejimlə əlaqəli gəmilərin Qırmızı dəniz suları və Babəl-Məndəb boğazından keçməsinin qarşısını alacaqlarını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven + five =