Ənsarullah: İrana hücum beynəlxalq hüququn pozulmasıdır

Ənsarullah: İrana hücum beynəlxalq hüququn pozulmasıdır

Yəmən Ənsarullah Hərəkatı bəyanat yayaraq, sionist rejimin ölkəmizə qarşı uğursuz təcavüzünü pisləyib, bu hərəkəti beynəlxalq qanunların pozulması kimi qiymətləndirib və vurğulayıb ki, İran İslam Respublikasını hədəfə almaq Tehranın Fələstin məsələsində rəsmi, ictimai və sabit mövqelərinin nəticəsidir.

Yəmən Ənsarullah Hərəkatının Siyasi Ofisinin bəyanatında bununla bağlı deyilir: “Sionist rejimin İran İslam Respublikasına qarşı təcavüzünü ən kəskin şəkildə pisləyirik.” 

Ənsarullah vurğulayıb: “Sionist rejimin İranın suverenliyinə açıq hücumu beynəlxalq qanunların pozulmasıdır və bu tüğyankar rejim bu qanunları pozmaqdan əl çəkmir.” 

Yəmən Ənsarullah Hərəkatının Siyasi Ofisi əlavə edib: “İran İslam Respublikasını hədəfə almaq Tehranın Fələstin məsələsində rəsmi və ictimai və sabit mövqelərinin nəticəsidir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − 18 =