Ənsarullah: İsrailin təcavüzü dayanana qədər hücumlarımız davam edəcək
Yəmənin Ənsarullah hərəkatının sözçüsü, bu ölkənin silahlı qüvvələri sionist rejimin təcavüzü dayanana qədər sionist mövqelərinə hücumlarını davam etdirəcəklərini deyib.Yəmən Ənsarullahının sözçüsü Məhəmməd Əbdüs Salam çərşənbə günü axşam virtual şəbəkələrdəki hesabında Yəmən müqavimətinin Qəzzəyə dəstək əməliyyatlarının davam etdirildiyini vurğulayıb.
Ənsarullah sözçüsü əvvəlcə Yəmənin hava hücumundan müdafiə qüvvələri tərəfindən Amerika pilotsuz təyyarəsinin vurulmasına işarə edərək deyib: “Ərazi suları üzərində ABŞ-ın düşmən pilotsuz təyyarəsini vurmaqla, silahlı qüvvələrimiz milli suverenliyimizi pozan bütün düşmən əməliyyatları ilə mübarizə aparmağa hazır olduqlarını bir daha təsdiqləyir”.