Ənsarullah lideri: Bəzi ərəb dövlət başçıları İsraili qorumaq üçün səngərə çevriliblər

Ənsarullah lideri: Bəzi ərəb dövlət başçıları İsraili qorumaq üçün səngərə çevriliblər

Yəmən Ənsarullah Hərəkatının lideri deyib: “Təəssüf ki, bəzi ərəb ölkələri Fələstin xalqına kömək etmək əvəzinə İsraili qorumaq üçün özlərini səngərə çevirirlər.”

Yəmən Ənsarullah Hərəkatının lideri Seyid Əbdülməlik əl-Husi cümə axşamı günü etdiyi çıxışında sionist rejimi dəstəkləyən ərəb ölkələrinə xitabən deyib: “Niyə dərs almırlar və dəstək cəbhələrinin şərəfli mövqeyindən, o cümlədən bizim Yəmən xalqının mövqeyindən ibrət götürmürlər? Ölkəmizin rəsmi və xalq səviyyəsində tutduğu mövqe bütün bu ölkələr üçün dərsdir.”

“Ölkəmiz çox əziyyət çəkməsinə, müharibəyə, mühasirəyə və hərtərəfli hücuma məruz qalmasına baxmayaraq, insanlığını, mənəviyyatını ifadə edən şərəfli mövqe tutur” – deyə, hərəkat lideri bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 3 =