Ənsarullah: Qəzzanı və Livanı tək qoymayacağıq

Ənsarullah: Qəzzanı və Livanı tək qoymayacağıq

 Yəmən Ənsarullah hərəkatının sözçüsü sionist rejimin ölkənin mülki obyektlərinə qarşı yeni təcavüzünü qınayaraq bu təcavüzün Yəmən xalqının Qəzzə və Livana dəstək iradəsinə təsir edə bilməyəcəyini deyib.

Əl Aləm telekanalının məlumatına əsasən, Ənsarullahın sözçüsü Məhəmməd Əbdül-Salam bu gün (29 sentyabr) sionist rejim işğalçılarının hücumlarına cavab olaraq deyib: ABŞ-ın dəstəyi ilə edilən zorakı hücumlar Yəmən xalqının iradəsinə təsir edə bilməz.

Əbdüssalam əlavə edib: Sionist rejimin hücumları Yəmənin Fələstin və Qəzzaya qarşı prinsipial rolunun vurğulanmasıdır və xalqımız Qəzzə və Livanı tək qoymayacağında israrlıdır.

O, qeyd edib: Sionist rejimin Hudeydə mülki obyektlərinə qarşı yeni təcavüzü bu rejimin Yəmənin Qəzzəyə yardım etmək iradəsini və qərarını qırmaq cəhdidir ki, bu onların həyata keçməyəcək arzu olaraq qalacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − two =