Ənsarullah Rəhbəri: Rəfaha hücum Amerikanın yaşıl işığı ilə baş tutub

Ənsarullah Rəhbəri: Rəfaha hücum Amerikanın yaşıl işığı ilə baş tutub

Yəmənin Ənsarullah hərəkatının lideri deyib: İsrailə Rəfah keçidinin işğalına siqnal ötürən elə Amerika idi!Yəmənin Ənsarullah hərəkatının lideri Seyid Əbdülməlik Bədrəddin əl-Husi bu günki çıxışında ABŞ hökumətinin sionist rejimin Rəfah keçidinə daxil olması üçün yaşıl işıq yandırdığını açıqlayıb.

O əlavə edib: Rəfah əməliyyatı Misirin təhlükəsizliyi və sabitliyinə təhdiddir və onunla imzalanmış müqavilələrin pozulmasıdır.

Ənsarullah lideri vurğulayıb ki, Amerika Qəzzada təcavüzü dayandırmağa qərar verərsə, müharibə dərhal dayandırılacaq.

Seyid Əbdülməlik Bədrəddin əl-Husi qeyd edib: Amerika Rafaha hücuma görə sionist rejimə təzyiq göstərdiyini iddia edir, amma eyni zamanda bu rejimə çoxlu silah və bombalar verir.

O, sözlərinə belə davam edib: Bəzi ərəb ölkələri amerikalılara öz torpaqlarından bizim ölkəmizi hədəf almaq üçün istifadə etmələrinə icazə vermədilər və biz bu mövqeyə heyranıq. Düzgün siyasət aparmaq, imkanlar yaratmaq, millətlə müsbət əlaqələr yaratmaq millətə fayda verən addımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − two =