Ənsarullah “USS Harry Truman” aviadaşıyıcısına zərbə endirdi

Ənsarullah “USS Harry Truman” aviadaşıyıcısına zərbə endirdi

Yəmən silahlı qüvvələri ABŞ və sionist rejimə qarşı bir neçə unikal hərbi əməliyyatdan xəbər verib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Yəmən silahlı qüvvələri bu gün (6 yanvar) bəyanat yayaraq elan edib: Qırmızı dənizdə ABŞ-nin “USS Harry Truman” aviadaşıyıcısına raket və dronlarla zərbələr vurduq.

Məlumata görə bu əməliyyat iki raket və dörd pilotsuz uçan aparat vasitəsilə Amerika düşməni ölkəmizə kütləvi hava hücumuna hazırlaşarkən həyata keçirilib.

Bəyanatda həmçinin deyilir: Qırmızı dənizin şimalında apardığımız əməliyyatlar Allahın lütfü ilə Amerikanın hücumunu məğlubiyyətə uğratdı.

Daha iki hərbi əməliyyatda İsrail rejiminin işğal altında olan Yaffada (Təl-Əviv) hərbi hədəfinə iki pilotsuz təyyarə ilə hücum edildi.

Bu gün günortadan sonra həyata keçirilən ikinci əməliyyatda işğal altındakı Aşkelonda İsrail rejiminin mühüm və həyati hədəfinə hücum pilotsuz təyyarə ilə həyata keçdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + 11 =