Entoni Blinken Rusiyaya ultimatum elan edib

Entoni Blinken Rusiyaya ultimatum elan edib

ABŞ dövlət katibi Entoni Blinken Rusiyaya ultimatum elan edib. Onun sözlərinə görə, ABŞ Rusiya qoşunlarını çıxarana qədər Kiyevə hərbi dəstəyini davam etdirəcək.

“Ukraynada hərbi əməliyyatlara başlayan Rusiya, hər an öz qoşunlarını çıxarmaqla onu dayandıra bilər. Bu baş verənə qədər isə ABŞ-ın dəqiq planı var: Ukraynaya özünü müdafiə etməkdə kömək etmək…”.

SİA-nın əldə etdiyi məlumata görə, Antoni Blinken bunu X (Twitter) sosial şəbəkəsindəki hesabında yazıb.

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyanın dondurulmuş aktivləri hesabına Ukraynaya yardımın davam etdirilməsinə dair qanun layihəsini dəstəkləyib.

Oktyabrın sonunda ABŞ Ukraynaya 150 milyon dollar ayırıb. Bu, iki həftəlik fasilədən sonra ilk yardım idi.

Xatırladaq ki, Ağ Ev bundan əvvəl maliyyə dəstəyini dayandırmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × three =