Ərəb və İslam ölkələri ortaq bəyanat yaydı: İsrailin suverenliyi tanınmır, işğal olunmuş Fələstin ərazilərinin statusu dəyişdirilə bilməz

Ərəb və İslam ölkələri ortaq bəyanat yaydı: İsrailin suverenliyi tanınmır, işğal olunmuş Fələstin ərazilərinin statusu dəyişdirilə bilməz

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:

İsrail Knessetinin İordan çayının qərb sahilində “İsrail suverenliyi”nin tətbiqini nəzərdə tutan deklarasiyanı təsdiqləməsi on ölkə, Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatı (OİK) tərəfindən sərt şəkildə qınanılıb və birgə bəyanat yayımlayıb.

Bəyanatda aşağıdakı əsas məqamlar vurğulanıb:

– İsrailin işğal altında saxladığı Fələstin əraziləri üzərində suverenliyi beynəlxalq hüquq baxımından qəbul olunmur.

– İordan çayının qərb sahilinin birtərəfli şəkildə anneksiya olunması onun hüquqi statusunu dəyişmir.

– Bu cür addımlar regional gərginliyi daha da artırır, xüsusilə də Qəzza zolağında davam edən hərbi müdaxilələrin fonunda.

Bəyanat, beynəlxalq ictimaiyyəti münaqişənin ədalətli və sülh yolu ilə həllinə çağırır, həmçinin BMT qətnamələrinin icrasının vacibliyini vurğulayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 − 1 =