Əraqçi: Biz təzyiq, təhdid və ya sanksiyalar altında danışıqlar aparmayacağıq

İranın Xarici İşlər naziri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında deyib: “Suriya məsələsində Rusiya ilə yaxın mövqelərimiz var. Suriyanın bu ölkə xalqının istəyinə əsaslanan sabitliyi, sülhü, ərazi bütövlüyü və tərəqqisi İranın istəyidir. Biz bu ölkədə sülhün və sabitliyin bərqərar olmasını dəstəkləyirik.”
Xarici İşlər naziri Seyid Abbas Əraqçi Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla keçirdiyi birgə mətbuat konfransında Rusiya Xarici İşlər naziri və onu müşayiət edən nümayəndə heyətini salamlayaraq deyib: “Rusiyalı həmkarımla bütün məsələlər üzrə məsləhətləşmələr davam edir və bu, geniş əməkdaşlıq və mövzuları əhatə edir.”
Əraqçi əlavə edib: “Bizim Qafqaz, Asiya və Avrasiya məsələləri ilə bağlı davamlı məsləhətləşmələrimiz var, ətraflı və konstruktiv müzakirələr apardıq və bütün müxtəlif mövzular nəzərdən keçirildi. İran və Rusiya arasında iqtisadi əməkdaşlıq sürətlə inkişaf edir və apreldə ortaq iqtisadi komissiya keçiriləcək. Enerji, dəmir yolu, kənd təsərrüfatı sahələrində əməkdaşlıq davam edir.”
İranın Xarici İşlər naziri vurğulayıb: “Fələstin, Livan və Suriya ilə bağlı ətraflı müzakirələr aparıldı. Təbiidir ki, İran həmişə sionist rejimin cinayətlərini pisləyib. Qəzzə əhalisinin zorla köçürülməsi ilə bağlı yeni plan müzakirə edildi, bu qəbuledilməz plana qarşı region ölkələrinin vahid mövqeyi vurğulandı. Yaxın vaxtlarda İranın təklifi ilə İslam Əməkdaşlıq Təşkilatı da iclas keçirəcək.”
Suriya məsələsinə toxunan Xarici İşlər naziri deyib: “Rusiya ilə yaxın mövqelərimiz var. Suriyada xalqın istəyinə əsaslanan sabitlik, sülh, ərazi birliyi, tərəqqi, İranın istəyidir və biz bu ölkədə sülh və sabitliyi dəstəkləyirik.”
Seyid Əbbas Əraqçi deyib: “Nüvə məsələsi ilə bağlı işlərimizi və mövqelərimizi Rusiya və Çindəki dostlarımızın əməkdaşlığı ilə koordinasiya edəcəyik. Nüvə danışıqları ilə bağlı İranın mövqeyi kifayət qədər aydındır. Biz təzyiq, təhdid və ya sanksiyalar altında danışıqlar aparmayacağıq.”
“Ona görə də bu şəkildə maksimum təzyiq göstərildiyi müddətcə bizimlə ABŞ arasında nüvə məsələsi ilə bağlı birbaşa danışıqlar imkanı olmayacaq” – deyə, nazir əlavə edib.
Rusiya Xarici İşlər naziri də mətbuat konfransında iranlı həmkarı ilə danışıqlarının təfərrüatları haqda deyib: “Ətraflı, faydalı və konstruktiv müzakirələrimiz oldu.”
Sergey Lavrov İran və Rusiya prezidentlərinin Aşqabad və Kazanda əvvəlki görüşlərinə toxunaraq əlavə edib: “İran Prezidenti yanvar ayında Rusiyaya səfər etdi və iki ölkə arasında hərtərəfli strateji saziş imzalandı.”
O, bildirib: “Bu ilin əvvəlində Tehranda Xəzər İqtisadi Konfransı keçirildi və bu konfrans yaxşı keçdi. Ümid edirik ki, bu il iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın iclası keçiriləcək.”
O, həmçinin Avrasiya əməkdaşlığı ilə bağlı aparılan müzakirələrə toxunub, Avrasiya Azad Ticarət Sazişinin ən qısa zamanda həyata keçiriləcəyinə ümid etdiyini bildirərək deyib: “İran və Rusiya arasında ticarət dövriyyəsi 13 faizdən çox artıb və bu tendensiyanın davam edəcəyinə ümid edirik.”
Mətbuat konfransının davamında Lavrov Şimal-Cənub Dəhlizi ilə bağlı deyib: “Rəşt-Astara dəmir yolu ilə bağlı işlərin davam etməsi bizi sevindirir. Bu dəmir yolunun tikintisinə başlanılıb. Rusiya hökumətinin krediti də təqdim olunur və bu, Şimal-Cənub Dəhlizinin işə salınması istiqamətində mühüm addımdır.”