Əraqçi: Bu, bütün həyatını dialoq və diplomatiyaya həsr etmiş bir şəxsin çağırışıdır; bu hücum diplomatiyaya xəyanət idi

Biz ərazi bütövlüyümüzü və suverenliyimizi qorumaqda qətiyyətliyik və bütün gücümüzlə müdafiə edəcəyik.
Biz ədalətsiz və təcavüzkar bir hücuma məruz qalmışıq، İsrailə və onun havadarlarına vəziyyəti təhrif etməyə icazə verə bilmərik.
İsrail, heç bir təhrik olmadan və bütün beynəlxalq qanunları pozaraq İrana qarşı təcavüzə əl atdı.
İsrailin İrana qarşı təcavüzü BMT Nizamnaməsinin açıq şəkildə pozulması və insan hüquqları prinsiplərinə qarşı bir çağırışdır.
İsrail bu hücumlarla müharibə cinayətləri və insanlığa qarşı cinayətlər törətmişdir.
Bu ədalətsiz müharibəyə veriləcək hər hansı bir bəraət, həmin cinayətdə iştirak deməkdir.
1949-cu il Cenevrə Konvensiyalarının üzvü olan hər bir ölkə, xüsusilə birinci və üçüncü ümumi maddələrə əsasən, öz məsuliyyətini düzgün şəkildə yerinə yetirməlidir.
Hörmətli həmkarlar, biz diplomatik prosesin ortasında hücuma məruz qaldıq. 15 iyun tarixində ABŞ ilə ümidverici bir razılaşma üçün görüş planlaşdırılmışdı ki, nüvə proqramımız ətrafında uydurulan məsələləri sülh yolu ilə həll edək.
Bu hücum diplomatiyaya xəyanət və beynəlxalq hüququn, habelə BMT sisteminin əsaslarına misli görünməmiş bir zərbə idi.
Açıq deyim: Əgər son səkkiz onillikdə insan hüquqları və insan ləyaqətini qorumaq üçün yaradılmış bütün sistemlər və mexanizmlərdən istifadə olunacaqsa, indi o zamandır. Biz təcili hərəkətə ehtiyac duyuruq; əks halda, BMT əsaslı beynəlxalq hüquq sistemi ciddi aşınma və dağılma ilə üzləşəcək.
Bu, bəşəri sivilizasiya üçün tarixi bir andır — mədəni bir ölkə, ədalətsiz və təcavüzkar bir hücum altındadır. Dünya, hər bir dövlət, hər bir qurum və sistem ayıq olmalı və indi hərəkətə keçməlidir — təcavüzkarı dayandırmaq, cəzasızlığı bitirmək və bölgəmizdə ardıcıl olaraq cinayət və şər törədən cinayətkarları mühakimə etmək üçün.
Bu sözlər, bütün həyatını dialoqa və diplomatiyaya həsr etmiş bir şəxsin çağırışıdır — həmçinin, Səddam rejiminin tətbiq etdiyi təcavüzkar müharibəni yaşamış, vətənini necə müdafiə edəcəyini bilən bir müharibə veteranının səsidir.