Əraqçi Çin prezidenti Si Cinpinlə görüşdü

Əraqçi Çin prezidenti Si Cinpinlə görüşdü

İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi Çin Xalq Respublikasının prezidenti Si Cinpinlə görüş keçirib.

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Xarici İşlər Nazirləri Şurasının 25-ci toplantısında iştirak etmək məqsədilə Pekinə səfər edən Əraqçi, 2025-ci il, iyulun 15-də, çərşənbə axşamı təşkilatın digər xarici işlər nazirləri ilə birlikdə Çin prezidenti ilə görüşüb.

Kollektiv görüşdən əvvəl, İranın xarici işlər naziri ilə Çin dövlət başçısı arasında qısa və ikitərəfli bir görüş də baş tutub. Bu görüşdə iki ölkə arasındakı strateji əməkdaşlıq, regional və beynəlxalq məsələlər, eləcə də ŞƏT çərçivəsində qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × one =