Əraqçi: Hər zaman ölkəmizin milli maraqlarına uyğun danışmağa hazırıq

Əraqçi: Hər zaman ölkəmizin milli maraqlarına uyğun danışmağa hazırıq

Xarici İşlər naziri Seyid Abbas Əraqçi İranın dinc nüvə fəaliyyətləri ilə bağlı mövqeyini açıqlayaraq vurğulayıb: “İran İslam Respublikası həmişə öz prinsipləri əsasında və ölkənin milli maraqlarına uyğun dialoqa hazır olub.”

İranın Xarici işlər naziri Əraqçi İngiltərənin Xarici işlər naziri Devid Lammi ilə telefon danışığında ikitərəfli məsələlər, nüvə danışıqları və regional inkişaflar barədə fikir mübadiləsi aparıb.

Bu açıq söhbətdə Əraqçi İranın sülhməramlı nüvə fəaliyyətləri ilə bağlı mövqeyini bəyan edərək vurğulayıb: “İran İslam Respublikası həmişə öz prinsipləri əsasında və ölkənin milli maraqlarına uyğun dialoqa hazır olub.”

“Bu, yeni yanaşma deyil və əvvəllər də bu əsasda danışıqlar aparılıb” – deyə, o, qeyd edib.

İran İslam Respublikasının Xarici İşlər naziri bir daha Qəzzə və Livanda atəşkəsin yaradılması və uzadılmasının tərəfdarı olduğunu bəyan edib, sionist rejimin cinayət və təcavüzlərinin dayandırılmasının vacibliyini vurğulayıb.

Əraqçi qeyd edib: “İran İslam Respublikası həmişə regionda sülh və sabitliyin tərəfdarı olub və bu istiqamətdə səylərini əsirgəməyəcək.”

Xarici İşlər naziri Yəməndə gərginliyin artmasına qarşı xəbərdarlıq edib və bu hərəkətlərin nəticələrini regional sabitlik və təhlükəsizliyə təhdid hesab edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × three =