Əraqçi: İranın qlobal (kütləvi qırğın silahlarının) yayılmama rejiminə sadiqliyi hamıya aydındır

İran İslam Respublikasının xarici işlər naziri X sosial şəbəkəsində yazıb: İranın qlobal (kütləvi qırğın silahlarının) yayılmaması rejiminə uzunmüddətli sadiqliyi hamıya aydındır və İran 1968-ci ildə NPT müqaviləsini təsisçi üzvlərdən biri kimi imzalayıb.
Seyid Abbas Əraqçi X səhifəsində yazıb: İranlılara “nüvə silahından əl çəkəcəklərini birdəfəlik aydınlaşdırmaq üçün” moizə etmək həyasızlıqdır.
İranın qlobal silahların yayılmaması rejiminə uzunmüddətli sadiqliyi hamıya aydındır.
– İran 1968-ci ildə NPT müqaviləsini təsisçilərdən biri kimi imzalayıb.
– Ali Dini Rəhbər şəriət hökmü verməklə bütün kütləvi qırğın silahlarını haram elan edib.
– 2015-ci ildə İran Agentliyin tarixində ən əhatəli yoxlama rejimini tətbiq edən Birgə Hərtərəfli Fəaliyyət Planını imzaladı və açıq şəkildə bəyan etdi:
“İran bir daha vurğulayır ki, heç vaxt heç bir şəraitdə nüvə silahı axtarmayacaq, istehsal etməyəcək və əldə etməyəcək”. (BHFP, “Giriş və Ümumi Müddəalar” bölməsinin C bəndi)
Bu, ABŞ-ın 2018-ci ildə BHFP sazişindən birtərəfli qaydada çıxmasından sonra da İranın sadiq qaldığı daimi və aydın öhdəlikdir.
Reallıq yoxlanışı: Bölgəmizdəki “ən aktual sual” İsrailin Qəzzada soyqırımı və Fələstin, Suriya və Livan torpaqlarını işğal etməsidir. Dünya üçün təhlükə yaradan İsrailin əsl nüvə arsenalı və NPT-yə qoşulmaqdan imtina etməsidir. Bu həqiqəti normallaşdırmaq və ya gizlətmək olmaz.