Əraqçi: İranın uranın zənginləşdirmə fəaliyyəti davam edəcək

Əraqçi: İranın uranın zənginləşdirmə fəaliyyəti davam edəcək

Xarici işlər naziri bu gün, 24 iyulda şəhid General-polkovnik Baqirinin ailəsi ilə görüşdən sonra verdiyi açıqlamada, İran və Avropa üçlüyü arasında İstanbulda cümə günü baş tutacaq danışıqlara toxunaraq bildirib: “Son zamanlarda baş verən müharibədən sonra, Avropa tərəfi bilməlidir ki, İran İslam Respublikasının mövqeləri hələ də güclü və möhkəmdir. Biz zənginləşdirməni davam etdirəcəyik və İran xalqının bu hüququndan əl çəkməyəcəyik.”

Seyid Abbas Əraqçi əlavə edib: “İran İslam Respublikası hər zaman öz dinc nüvə proqramını məntiqli və sağlam bir çərçivədə inkişaf etdirməyə hazır olub. Biz bu sahədə narahat olan ölkələrin etimadını qazanmaq üçün heç vaxt səylərimizdən yayınmamışıq. Eyni zamanda, İran da haqlı olaraq tələb edir ki, onun nüvə enerjisindən, o cümlədən zənginləşdirmədən sülh məqsədilə istifadə hüququna hörmət olunsun.”

Xarici işlər naziri qeyd edib: “Cümə gün (25 iyul) keçiriləcək danışıqlar əvvəlki görüşlərin davamıdır. Bizim mövqeyimiz tamamilə aydındır. Dünya bilməlidir ki, mövqelərimizdə heç bir dəyişiklik olmayıb və biz İran xalqının dinc nüvə enerjisi sahəsindəki hüquqlarını, xüsusilə zənginləşdirmə məsələsini qətiyyətlə müdafiə edib onun arxasında dayanacağıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − 9 =