Əraqçi: Livanın İsrail bazalarını məhv etmək qüdrəti var

İran XİN başçısı Livan müqavimətinin İsrail rejiminin bazalarını və qüvvələrini məhv etməyə tam qadir olduğunu deyib.
Təsnim İnformasiya Agentliyinin məlumatına görə, Seyid Abbas Əraqçi bu gün (24 sentyabr) deyib: Hizbullahın Livanı hər hansı bir hücuma qarşı müdafiə qabiliyyətinə şübhə ilə yanaşmayın. Livan müqavimətinin qüdrəti onun daxili imkanları və xalq dəstəyinə əsaslanır.
Xarici işlər naziri vurğulayıb: Hizbullahın İsrail rejiminin hərbi baza və qüvvələrini məhv etmək üçün tam imkanları var. Təbii ki, bu fakt ərəb və islam ölkələrinin İsraillə qarşıdurma məsuliyyətini aradan qaldırmır.