Əraqçi: Netanyahu nə istifadə (narkotik) edir?

Əraqçi: Netanyahu nə istifadə (narkotik) edir?

Seyid Abbas Əraqçi, İranın Xarici İşlər Naziri, “X” sosial şəbəkəsindəki hesabında yazıb: Netanyahu təxminən iki il əvvəl Qəzzədə qələbə vədi vermişdi. Amma nəticə nə oldu? Hərbi bataqlığa girmək, müharibə cinayətləri ittihamı ilə həbs qərarı və HƏMAS-a 200 min yeni qüvvənin qoşulması.

İranla da bağlı boş bir xəyal qurmuşdu ki, 40 ildən artıq bir müddətdə əldə edilmiş dinc nüvə nailiyyətlərini məhv edə bilər. Amma nəticəsi bu oldu: «onun muzdlularının şəhid etdiyi hər bir iranlı alim yüzlərlə bacarıqlı tələbə yetişdirmişdi və bu tələbələr tezliklə Netanyahunun qarşısında nələrə qadir olduqlarını göstərəcəklər.»

Amma onun təkəbbürü bununla da bitmir. İran əleyhinə apardığı müharibədə heç bir məqsədinə nail olmadıqdan və güclü raketlərimiz sionist rejimin hələ də onun tərəfindən senzura edilən gizli mərkəzlərini yerlə yeksan etdikdən sonra yenidən həyasızcasına Amerikaya göstəriş verir ki, İranla danışıqlarda nə desin, nə deməsin, nə etsin, nə etməsin.

Bu müharibə cinayətkarının və hal-hazırda beynəlxalq axtarışda olan birisinin sözlərinə İranın əhəmiyyət verəcəyi fikrinin özü gülüncdür. Amma qaçılmaz bir sual ortaya çıxır: «Netanyahu dəqiq olaraq nə istifadə edir? (Narkotik) Və əgər heç nə deyilsə, Mosadın əlində Ağ Ev barədə hansı gizli sənədləri var?»

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen + two =