Əraqçı: Regional danışıqlar seçim yox, tələbdir
İranın XİN başçısı deyib: Biz razılaşdıq ki, regional dialoq seçim deyil, tələbdir.
Təsnim İnformasiya Agentliyinin məlumatına görə, Seyid Abbas Əraqçi X sosial media hesabında İran nümayəndə heyətinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə görüşü barədə yazıb: Ortaq narahatlıqlar və maraqlar var. Biz hamımız regionda mühüm çağırışlarla üzləşməkdə əməkdaşlıq və koordinasiyanın vacibliyini anlayırıq.
Xarici işlər naziri deyib: Biz razılaşdıq ki, regional dialoq seçim deyil, tələbdir. Biz dəfələrlə demişik; Amerika rəsmilərinin bəyan etdikləri bizim üçün meyar deyil, meyar onların hərəkətləridir. ABŞ-ın hazırkı hökuməti dəfələrlə Qəzza və Livanda atəşkəsə nail olmaq istədiyini bəyan etsə də, heç bir nəticə əldə olunmayıb. Bu, ya onların ikiüzlülüyündən, ya atəşkəs yarada bilməməsindən, ya da hər ikisindən irəli gəlir.