Əraqçi: Sanksiyalardan yan keçilməsində uğur sanksiyaçıları məyus edir və danışıqlar aparanlara kömək edir

Əraqçi: Sanksiyalardan yan keçilməsində uğur sanksiyaçıları məyus edir və danışıqlar aparanlara kömək edir

Xarici İşlər naziri əyalət diplomatiyasının ilk regional toplantısının açılışında deyib: “Xarici İşlər naziri kimi demək istərdim ki, siz iş adamları sanksiyaların qarşısını almaqda nə qədər uğurlu olsanız, sanksiyaları həyata keçirənləri öz sanksiyalarını tətbiq etməkdən bir o qədər çəkindirəcəksiniz. Beləliklə, bizə danışıqlarda kömək edirsiniz.”

Xarici İşlər naziri Seyid Abbas Əraqçi əyalət diplomatiyası üzrə ilk regional toplantının açılışında deyib: “İqtisadi diplomatiya işinin bir hissəsi olan iqtisadiyyat üzrə müavinliyimiz və xaricdəki səfirliklərimizin vəzifəsi yolu açmaq, maneələri aradan qaldırmaq, bu buzları yarmaqdır. Əngəllərdən biri təbii ki, sanksiyalardan irəli gələn maneələridir və biz hamımız sanksiyaların böyük bir maneə olduğunu qəbul edirik. Xarici İşlər Nazirliyinin vəzifəsi sanksiyaların aradan qaldırılmasına çalışmaqdır. Bu, bizim indi etdiyimiz işdir və bizim vəzifələrimizdən biridir. Lakin maneələrin aradan qaldırılması təkcə sanksiyalarla bağlı deyil; başqa maneələr də var ki, Ali Rəhbərin fikrincə, onları aradan qaldırmaq bizim üzərimizdədir. Biz danışıqlar yolu ilə sanksiyaların aradan qaldırılmasına nail olmalıyıq, qarşı tərəf sanksiyaları aradan qaldırmalıdır. Amma sanksiyaları neytrallaşdırmaq və onlardan yan keçmək bizim vəzifəmizdir və bu, özümüz etməli olduğumuz bir işdir və bu, öz əlimizdədir. Bizim xaricdəki nümayəndələrimiz və səfirlərimiz sanksiya qoyulmayan yolları tapmaqda sizə  kömək etməlidir. Biz sanksiyalardan yan keçə və normal mənada onlardan yan keçə bilərik. Mən Xarici İşlər naziri kimi bunu demək istərdim ki, sanksiyaların neytrallaşdırılmasında nə qədər uğurlu olsanız, sanksiyaçıları öz sanksiyalarını tətbiq etməkdən bir o qədər məyus edirsiniz, bununla da danışıqlarda bizə kömək edirsiniz.


Əraqçi deyib: “Əgər biz sanksiyalarla bağlı danışıqların yaxşı getməsini istəyiriksə, sanksiyaçıları sanksiya vasitəsindən istifadə etməkdən məyus etməliyik. Necə ki, məyus etmişik. Sizcə, niyə bizimlə danışıqlar aparırlar? Çünki amansız sanksiyalarla İran xalqını və hökumətini diz çökdürməkdən naümid olublar. Əgər diz çökdürəcəklərinə əmin olsaydılar, danışıqlar aparmazdılar. Deyərdilər gözləyəcəyik, iki, üç, altı aydan sonra özləri təslim olacaqlar. Amma bunun baş vermədiyini gördülər. Bu, İran xalqının müqaviməti və sizin kimi insanların sayəsindədir ki, yol aça, sanksiyalardan yan keçə, İran xalqının ehtiyaclarını təmin edə, ıazım olan malları gətirə və lazım olan valyutanı təmin edə bildiniz. Mən demirəm ki, sanksiyalar çətinlik yaratmayıb, demirəm ki, çatışmamazlıq yaratmayıb, onların öz xərcləri və öz təzyiqləri var. Amma iranlıların, İran xalqının, iş adamları və tacirlərin səyi sayəsində hamı əl-ələ verdi və sanksiyaların bizi iflic vəziyyətinə salmasına imkan vermədi.”

Xarici İşlər naziri sonra deyib: “Yadınızdadırmı, bir vaxtlar İrana qarşı sarsıdıcı sanksiyalar tətbiq edəcəyimizi demişdilər? Bu arzu heç vaxt gerçəkləşmədir. Bu gün onlar özləri də deyirlər ki, tətbiq etmədikləri sanksiya qalmayıb, lakin İran xalqını iflic vəziyyətinə sala bilməyiblər. İqtisadçı müavinliyimizin vəzifələrindən biri də bu yolda sizə kömək etməkdir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − fourteen =