Əraqçi: Şanxay Təşkilatının dövlət terrorizmi və hərbi təcavüzlə mübarizədə böyük rolu ola bilər

Əraqçi: Şanxay Təşkilatının dövlət terrorizmi və hərbi təcavüzlə mübarizədə böyük rolu ola bilər

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Şanxay Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri toplantısında İran İslam Respublikasının bu təşkilata dair prioritetlərini və təkliflərini təqdim edərək bildirib: Dünya mürəkkəb bir vəziyyətlə üz-üzədir. Belə şəraitdə Şanxay Təşkilatı yalnız üzv ölkələrin mənafelərini qorumaqla kifayətlənməməli, həm də məsuliyyətli, balanslı və fəal şəkildə regional nizamın nümunəsinə çevrilməlidir. Bunun üçün daha fəal, müstəqil və strukturlaşdırılmış mövqe tutmalıdır.

Əraqçi çıxışında İsrail və ABŞ tərəfindən İrana edilən hücumlar və bunun nəticələri barədə ətraflı məlumat verərək, təşkilat üzvü ölkələri bu məsələlərdə daha məsuliyyətli davranmağa dəvət edib. O qeyd edib:

ABŞ və İsrailin İranın dinc nüvə obyektlərinə qarşı hücumları Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT), Beynəlxalq Atom Enerjisi Agentliyinin bir sıra qətnamələrinin və BMT Təhlükəsizlik Şurasının 487 saylı qətnaməsinin açıq şəkildə pozulmasıdır. Bu qətnamə agentliyin nəzarətində olan nüvə obyektlərinə hücumu qadağan edir və pisləyir. Heç bir hüquqi norma dinc məqsədli, nəzarət olunan nüvə obyektlərinə siyasi fərziyyələr əsasında hücum edilməsinə icazə vermir.

Sionist rejimin İrana qarşı təcavüzü BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin açıq şəkildə pozulmasıdır və silahlı təcavüz aktı kimi qiymətləndirilməlidir.

Bugünkü dünyada qarşılaşdığımız mənzərə mürəkkəbdir, dövlət terrorizminin, radikalizmin, informasiya müharibəsinin, iqtisadi sanksiyaların və kibertəhdidlərin əhatəsilə üz-üzəyik. Bütün bunlar müstəqil xalqların iradəsini zəiflətmək, onların müstəqilliyini sarsıtmaq və sərvətləri və taleləri üzərində hegemonluq qurmaq məqsədi daşıyır.

Belə bir vəziyyətdə, geniş geosiyasi, iqtisadi və insan potensialına malik olan Şanxay Əməkdaşlıq Təşkilatı yeni yaranan təhdidlərə, xüsusən dövlət terrorizmi, hərbi təcavüz, psixoloji müharibə və birtərəfli sanksiyalara qarşı mübarizədə mərkəzi rol oynamalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × five =