Əraqçi: Sionist rejimin hücumu ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının fövqəladə iclası keçiriləcək

İranın xarici işlər naziri Türkiyəyə səfəri zamanı bildirib ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sionist rejimin İrana qarşı son hücumu ilə bağlı، fövqəladə iclası yaxın günlərdə İstanbulda baş tutacaq.
Əraqçinin sözlərinə görə:
“Son hadisələr və İsrail rejiminin İrana qarşı açıq hücumu fonunda, bu məsələ ilə əlaqədar İƏT çərçivəsində xüsusi iclasın keçirilməsini tələb etdik. Tələbimiz qəbul olundu və ümid edirik ki, bu iclasda bu hücumu sərt şəkildə pisləyən güclü və təsirli bir bəyanat qəbul ediləcək.”
Nazir, Türkiyəyə səfəri çərçivəsindəki planları haqda da danışıb:
“Bu fürsətdən istifadə edərək toplantıda iştirak edən xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirəcəyəm. Eyni zamanda İƏT-in baş katibi ilə də görüş planlaşdırılıb. Türkiyə Prezidenti ilə də ayrıca bir görüş təşkil olunub. Bu platformadan istifadə edərək İran xalqının haqlı səsini, məzlumiyyətini və ölkəmizin qanuni müdafiə mövqeyini beynəlxalq ictimaiyyətə çatdırmağa çalışacağıq.”