Əraqçi: Sionistlər sakitlik, sülh üzünə həsrət qalacaqlar

Əraqçi: Sionistlər sakitlik, sülh üzünə həsrət qalacaqlar

Abbas Əraqçi: “Əminəm ki, Şəhid Seyid Həsən Nəsrullahın qanı Hizbullahın güc və qüdrətini, qüvvələrin motivasiyası və genişlənməsini artıracaq.”Nyu Yorkda olan İranın xarici işlər naziri Seyid Abbas Əraqçi jurnalistlərlə söhbətində müqavimətin böyük lideri Seyid Həsən Nəsrullahın şəhadəti ilə bağlı başsağlığı verərək deyib: “Əlbəttə, bu şəhadət böyük itkidir, lakin müqavimətin fəaliyyətində heç bir problemə səbəb olmayacaq. Əminəm ki, Şəhid Seyid Həsən Nəsrullahın qanı Hizbullahın güc və qüdrətini, qüvvələrin motivasiyası və genişlənməsini artıracaq.”

Abbas Əraqçi sözlərinə belə davam edib: “Sionist rejimin bölgədə, Livanda və Qəzzada etdikləri bunu deməyə əsas verir ki, şübhəsiz, işğalçı İsrailin regionda gələcəyi yoxdur və onlar heç bir şəkildə sülh, sakitlik görməyəcəklər. Onların atdıqları addımın təbii nəticəsi sionist rejimin tənəzzülünü sürətləndirmələri olacaq.”

İran XİN başçısı sözlərinin davamında deyib: “Bəyanatlarda İran və Xarici İşlər Nazirliyinin rəsmi mövqeləri açıqlanıb, fikrimizcə, ABŞ bu cinayətin ortağıdır və heç bir şəkildə özünü bu reallıqdan ayıra bilməz. Bu terror hücumları zamanı şəhid olanların qanı şübhəsiz ki yerdə qalmayacaq və biz mütləq Livanın yanında olacağıq…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 2 =