Ərbəin əməliyyatımızda bütün PUA-lar doğru hədəfi vurdu

Ərbəin əməliyyatımızda bütün PUA-lar doğru hədəfi vurdu

Livanın Hizbullah hərəkatının Ərbəin yürüşünə dəstək məqsədilə buraxdığı bir neçə pilotsuz uçuş aparatı İsraildəki hədəfləri vurub.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Hizbullah lideri Seyid Həsən Nəsrullah dünən (25 avqust) çıxış edərək deyib: Əməliyyatımız iki mərhələdən ibarət idi: birincidə eyni vaxtda 300-ə yaxın raket atdıq, ikincisində isə pilotsuz uçuş aparatları buraxdıq. Nəticədə biz İsrailin “Dəmir günbəz” hava hücumundan müdafiə sistemini yayındıra bildik.

Həsən Nəsrullah daha sonra qeyd edib: Əldə etdiyimiz məlumata görə, bir neçə PUA hədəflərinə çatıb. Hizbullah” avqustun 25-də öz mülahizələrinə əsaslanaraq, digər müttəfiqlərindən ayrı hərəkət etmək qərarına gəlib və bunun səbəbi daha sonra açıqlanacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 − one =