Ərdoğan: BMT Təhlükəsizlik Şurasına ümidimizi və gözləntimizi itirmişik

Ərdoğan: BMT Təhlükəsizlik Şurasına ümidimizi və gözləntimizi itirmişik

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında islahatların aparılmasının vacib olduğunu deyib.

Bu barədə Türkiyə dövlət başçısı İstanbulda Ümumdünya İnsan Hüquqları Gününə həsr olunmuş tədbirdə deyib.

“Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Qəzza zolağında atəşkəs tələbi yalnız ABŞ-ın vetosu ilə rədd edilir. Bu ədalətdirmi?”, – Ərdoğan deyib.

“Biz BMT Təhlükəsizlik Şurasından ümidimizi və gözləntimizi itirmişik. Missiyası qlobal sülhü bərqərar etmək olan BMT Təhlükəsizlik Şurası oktyabrın 7-dən bəri İsrailin himayədarına çevrilib. BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmalıdır”, o əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − twelve =