Ərdoğan: İsrail heç vaxt verdiyi sözə əməl etməyib

Ərdoğan: İsrail heç vaxt verdiyi sözə əməl etməyib

Türkiyə Prezidenti Malayziyada keçirdiyi mətbuat konfransında İsrailin həmişə verdiyi sözə əməl etmədiyini deyib.

Sizinyolun bu gün (11 fevral) xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, Rəcəb Təyyib Ərdoğan deyib: İsrail əvvəlki illərdə olduğu kimi, son atəşkəs razılaşmasında verdiyi sözləri yerinə yetirmədi. İsrail öz işğalını dayandırmalı və törədilən ziyanın əvəzini ödəməlidir. Şərqi Qüdsdə paytaxtı olan müstəqil Fələstin dövləti qurulmalıdır.

Məlumata görə Fələstin hərəkatının hərbi qanadının nümayəndəsi Əbu Übeydə, İsrailin razılaşma şərtlərini pozduğunu və bunun nəticəsində şənbə gününə nəzərdə tutulan girovların azad edilməsinin təxirə salındığını açıqlayıb. Übeydə, İsrailin müvəqqəti köçkünləri Qəzza bölgəsinin şimal hissəsinə geri qaytarmaqda gecikdiyini və humanitar yardımların Fələstinə çatdırılmasında problemlərin olduğunu bildirib.

Qəzza zolağında atəşkəs rejimi 19 yanvardan etibarən qüvvəyə minib. Bu, İsrail ilə Həmas arasında keçirilən danışıqlar nəticəsində əldə edilən razılaşmadır. Bu razılaşma çərçivəsində israilli girovların azad edilməsi müqabilində Fələstin əsirləri azad olunur. Artıq bu razılaşmanın birinci mərhələsində 33 israilli girov və təxminən 1000 fələstinli əsir azad edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 4 =