Ərdoğan Qərbə: Tökülən qan müsəlmanların olduğu üçün beynəlxalq qanunlara əməl edilmir

Ərdoğan Qərbə: Tökülən qan müsəlmanların olduğu üçün beynəlxalq qanunlara əməl edilmir

 “Qərb ölkələri beynəlxalq qanunlara əməl etmirlər, çünki tökülən qan müsəlmanların qanıdır”.Türkiyə prezidenti sionist rejimin Qəzza xalqına qarşı hücumlar və Qərbin dəstəyi ilə bağlı deyib: “Qərb ölkələri beynəlxalq qanunlara əməl etmirlər, çünki tökülən qan müsəlmanların qanıdır”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı Prezident sarayında etdiyi çıxışında deyib ki, Qərb dövlətləri beynəlxalq qanunlara əməl etmirlər, çünki tökülən qan müsəlmanların qanıdır.

O, Qərbin sionistlərin cinayətlərini dəstəkləmək bəhanəsinə işarə edərək, əlavə edib: Qəzzaya hücumlar çoxdan özünümüdafiə çərçivəsini aşaraq qəddarlığa, kütləvi qətllərə və vəhşiliyə çevrilib.

İsrailin Qəzzaya hücumları qarşısında Türkiyənin susmasını heç kim gözləyə bilməz. Hər hansı bir hərəkət nə qədər sarsıdıcı olsa da, İsrailin Qəzzada vəhşiliyinə haqq qazandıra bilməz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 1 =