Ərdoğan: “Qarabağ Azərbaycan ərazisidir və inşallah, qiyamətə qədər belə qalacaq”

Türkiyə Prezidenti Azərbaycan xalqını Zəfər Günü ilə bağlı təbrik edib.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “X” hesabında paylaşım edib.
“Qardaş Azərbaycanı 8 Noyabr Zəfər Günü münasibətilə ürəkdən təbrik edir, Qarabağın azadlığı uğrunda 44 gün qəhrəmancasına döyüşmüş veteranlarımızı və şəhidlərimizi ehtiramla yad edirəm. Qarabağ Azərbaycan ərazisidir və inşallah, qiyamətə qədər belə qalacaq”, – deyə qeyd olunub.